QR CodeQR Code

İki gün əvvəl tərxis olunan əsgərin FACİƏVİ ÖLÜMÜ - FOTO

19 Jan 2021 10:28

İslamTimes: İki gün öncə tərxis olunan əsgər dəm qazından boğularaq vəfat edib.


Publika.az xəbər verir ki, 22 yaşlı Pənahlı Teymur Emil oğlu yanvarın 15-də xidmət etdiyi Laçın rayonundan tərxis edilib.

O birbaşa ata evinə, Bakı şəhəri Hövsan qəsəbəsinə gəlib. Yanvarın 17-si gecə saatlarında isə çimmək üçün hamama gedib, bir müddət ondan xəbər çıxmadığını görən ailə üzvləri onu çağırıb və cavab almayıblar. Daha sonra T.Pənahlının dəm qazından boğularaq öldüyü məlum olub.

T.Pənahlı bu gün hərbi komissarlığa gedərək hərbi biletinə möhür vurdurmalı və mükafatlandırıldığı medalları almalı imiş. O, Vətən Müharibəsində hərbi ixtisasına uyğun olaraq snayper kimi xidmət edib. Füzuli, Hadrut, Şuşa və Laçın uğrunda döyüşlərdə iştirak edib. Onun böyük qardaşı sərhəd xidmətinin zabiti, kiçik qardaşı isə yeniyetmədir.

T.Pənahlı bu gün Hövsan qəsəbəsində dəfn edilib.


Story Code: 911036

News Link :
https://www.islamtimes.org/az/news/911036/iki-gün-əvvəl-tərxis-olunan-əsgərin-faciəvi-ölümü-foto

Islam Times
  https://www.islamtimes.org