QR CodeQR Code

Bayden Rusiyadakı səfirə təklif göndərdi: Vəzifə...

19 Jan 2021 09:26

İslamTimes: ABŞ-ın yeni seçilmiş Prezidenti Co Bayden Vaşinqtonun Moskvadakı səfiri Con Sallivana müvəqqəti olaraq vəzifəsində qalmağı təklif edib.


Axar.az xəbər verir ki, bu məlumatı “Blumberq” agentliyi yayıb.

Agentlik Sallivanın yeni administrasiya dövründə öz vəzifələrini saxlaya biləcək az sayda diplomatların sırasında olduğunu yazıb.

“Prezident tərəfindən təyin olunan diplomatik korpusların rəhbərlərinin yeni administrasiyanın hakimiyyətə gəlməsindən sonra öz vəzifələrində qalması nadir hadisələrdəndir. Tramp tərəfindən təyin olunan səfirlərin əksəriyyətinə Baydenin qərargahından belə bir məlumat gəlməyib və onlar öz postlarını təhvil verməyə hazırlaşırlar”, - agentlik qeyd edib.


Story Code: 911039

News Link :
https://www.islamtimes.org/az/news/911039/bayden-rusiyadakı-səfirə-təklif-göndərdi-vəzifə

Islam Times
  https://www.islamtimes.org