QR CodeQR Code

İsrail rejiminin sütunları çökməkdədir

İslam cümhuriyyəti qəzeti , 11 Aug 2011 18:32

IslamTimes - Nə sionist layihəçilər, nə də onlara aldananlar təsəvvür etmirdilər ki, bu gün belə bir süqut təhlükəsi ilə üzləşəcəklər. Nəinki müsəlmanlar və fələstinlilər, hətta mühacir yəhudilərin etirazları işğalçı rejimi silkələməkdədir.


Artıq milyon yarım İsrail vətəndaşı bir neçə gündür işğal olunmuş Fələstin şəhərlərində Netanyahu hökumətinə qarşı etiraz nümayişləri keçirirlər.

Hələ ki, polis və təhlükəsizlik qüvvələrinin nümayişçilərlə rəftarı barədə informasiya yayılmır. Olsun ki, bu səbəbdən nümayişlər hər gün genişlənməkdədir. Sionist Aharnot qəzeti yenilikdə nümayişçilərin sayı haqqında xəbər verib. Təkcə Tel-Əvivdə yarım milyon insanın aksiyaya qatıldığı elan olunub. Belə görünür ki, ərəb inqilabları İsrailə də təsirsiz ötüşməyib. Əlbəttə ki, sionist nümayişçilərin məqsədləri ərəb xalqlarının məqsədlərindən fərqlidir. Bununla belə hazırkı nümayişlər heç zaman görünməyib və onların əhatə dairəsi təəccüblüdür. Ərəb inqilabının İsrailə sirayəti sadə bir məsələ deyil.

Sionist və Qərb KİV-i bu xəbərlərdən şok yaşayır. Son təhlillərə əsasən, vəziyyət getdikcə gərginləşir. Nümayişlərin başlanmasına təkan verən Netanyahu hökumətindən narazılıq olub. Nümayişlərin təbii sonluğu dövlətin istefası ola bilər.

"Haaretz" xəbərdarlıq edir ki, belə bir əzəmətli hərəkata əhəmiyyət verməyənlər süquta məhkumdur. Belə bir nöqtəyə diqqəti yönəltmək lazım gəlir ki, söhbət dövlət yox, rejimdən gedir. “Maariv”-in nəzərincə işğal olunmuş Fələstinin yəhudi sakinləri ictimai və iqtisadi problemlərin sıxıntısı altında küçələrə axışıblar. Sionist KİV-də yayılan araşdırmalardan belə bir nəticə çıxarmaq olar ki, mühacir yəhudilər və sionistlər mövcud vəziyyətdən narazıdırlar. Səbəb nədir? Yoxsa sionist KİV təhlükəsizlik nöqteyi-nəzərindən əsil səbəbləri ört-bastır edir? Yaxşı olar ki, mövcud vəziyyəti xülasə şəkildə nəzərdən keçirək:

1. Hüsnü Mübarəkin Kemp Devid razılaşması böyük tufanla üzbəüzdür. Mübarək bir vəziyyətə düşdü ki, barmaqlıq arxasında özünü yatağa yıxıb, bağışlanma dilədi. Müvəqqəti hökumət xalqın təzyiqləri altında Rəfəh keçid məntəqəsini açdı və Qəzzənin dörd illik mühasirəsinə son qoyuldu.

Yardım karvanlarından əlavə Fələstin xalqı özü hər an Qəzzəyə yaxınlaşmaqdadır. Mavi Mərmərəyə hücumdan sonra sionist ordusu eyni hərbi cinayəti təkrarlamağa çətinlik çəkir.

2. Qərb sahilində sionistlərin müttəfiqi Mahmud Abbasın nüfuzu olduqca aşağıdır. Hətta sionistlər və ərəb irticası ona etibar etmir.

Əksinə, İslami Müqavimət cəbhəsi, HƏMAS, Qəzzanın dörd illik mühasirəsindən sonra Fələstin xalqının əsil təmsilçisinə çevrilib. Hərbi səhnədə də 22 günlük müharibədən sonra HƏMAS-ın gücü sübuta yetib.

Sionist ordu rəhbərliyinin Qilad Şalitin əsirlikdən azad olunması istiqamətində bütün təlaşları puça çıxıb. Artıq İsrail hərb maşınının gücsüzlüyü hamıya məlumudur.

3. Sionist mühacirləri aldatmaq, işğal olunmuş ərazidə məskunlaşdırmaq istiqamətində bütün təbliğat işləri tam iflasa uğrayıb. Artıq kimsə sionist ordunun məğlubedilməzliyinə inanmır. İstər HƏMAS, istər Livan Hizbullahı son müharibələrdə elə bir güc nümayiş etdirib ki, İsrailin bu qüvvələrə qarşı hansısa təhrikedici addımı inandırıcı deyil. Sionist ordu rəhbərləri demək olar ki, onların bütün ərazisini əhatə edəcək 40 min raketin startda olduğundan danışır. Onların nəzərincə müharibə başlasa Hizbullah işğal olunmuş Fələstini tam mühasirəyə almaq gücündədir.

4. Qlobal maliyyə böhranı Qərb və Amerikanı elə bir duruma gətirmişdir ki, onlar yalnız öz qurtuluşları barədə düşünürlər. Artıq bu dövlətlərin işğalçı İsrailə dəstək vermək imkanları tükənib.

Dünya boyu sionistlərə qarşı ictimai-siyasi təzyiqlər elə bir həddə çatıb ki, İsrail təklənmiş vəziyyətə gəlib. Artıq Qərb və ABŞ-ın İsrailə münasibətdə əliaçıqlığı müşahidə edilmir. Onlar istəsələr belə bir iş görə bilmirlər.

5. Bu günə qədər İsrailin 5 siyasi partiya və təşkilatı daxili və xarici problemlərin həlli istiqamətində addım atmayıb. Onlar bu məsələlərə ümumiyyətlə etina göstərmirlər.

Müxalif partiyaların da hər hansı aldadıcı manevr etmək imkanları məhduddur. Təbii ki, belə bir şəraitdə Tel-Əviv rejimi ümidsizlik içində vurnuxur və onun yaşadığı gərginlik hər gün artır. New York Times yazır ki, artıq sionistlər bugünki ağır vəziyyətə dözə bilmir. Söhbət dövlət yox, rejimin dəyişməsindən gedir.

"IslamTimes" - Tərcümə şöbəsi


Story Code: 91115

News Link :
https://www.islamtimes.org/az/news/91115/israil-rejiminin-sütunları-çökməkdədir

Islam Times
  https://www.islamtimes.org