0
Wednesday 20 January 2021 - 18:18

Co Bayden Administrasiyası ABŞ-ın Yəmən husilərilə bağlı sanksiya qərarını ləğv edəcəyini bildirib

Story Code : 911334
Co Bayden Administrasiyası ABŞ-ın Yəmən husilərilə bağlı sanksiya qərarını ləğv edəcəyini bildirib
SalamNews xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Antoni Blenkin ABŞ Senatının xarici əlaqələr üzrə komissiyasında çıxışı zamanı deyib.

O bildirib ki, Mayk Pompeonun rəhbərlik etdiyi idarənin “Ənsarullah” hərəkatını terror təşkilatı elan etməsi qərarının dəyişdirilməsi üçün dərhal hərəkətə keçəcək.

O bildirib ki, bu qərar Yəməndə sülhün və atəşkəsin təmin edilməsinin qarşısını alır.

Eyni zamanda ABŞ Administrasiyasında yüksək postlardan birinə namizəd olan siyasətçilərdən biri Səudiyyə Ərəbistanı rəhbərliyinə qarşı atılcaq addımdan söz açıb. Bildirilib ki, mərhum Camal Kaşıkçının məsələsi ABŞ-da yenidən qaldırılacaq.