QR CodeQR Code

Bayden: Həqiqətləri təhrif etmə mədəniyyətindən imtina etməliyik!

إسلام تايمز , 20 Jan 2021 21:53

İslamTimes: Amerikanın 46-cı prezidenti Co Bayden bu gün andiçmə mərasimində ABŞ prezidenti kimi ilk rəsmi çıxışını edib


ABŞ prezidenti Co Bayden bu gün andiçmə mərasimində ABŞ-ın 46-cı prezidenti olaraq ilk rəsmi çıxışı zamanı deyib: "Mənim bu seçkilərdəki qələbəm Amerikada demokratiyanın zəfəri idi. Bu gün Amerikanın, demokratiyanın günüdür. Bu gün ümid günüdür!"

Co Bayden Amerika xalqı arasında birlik yaradılmasına çalışacağını söyləyib. O bildirib ki, bu gün mövcud olan bir çox problemləri həll edərək ABŞ-ı bir daha dünya lideri etməyə çalışacaq.

Bayden Amerikada ağdərililərin üstün irq kimi tanıtdırılmasına, daxili terrorizmə toxunaraq bu problemləri həll edəcəyini söyləyib.

Bayden əlavə edib: "Biz həqiqətlərin təhrif olunması, saxtalaşdırılması mədəniyyətinə son qoymalıyıq!


Story Code: 911377

News Link :
https://www.islamtimes.org/az/news/911377/bayden-həqiqətləri-təhrif-etmə-mədəniyyətindən-imtina-etməliyik

Islam Times
  https://www.islamtimes.org