QR CodeQR Code

Tramp və ətrafı üçün qaranlıq günlər başladı - SANKSİYA

إسلام تايمز , 20 Jan 2021 22:25

İslamTimes: Çin ABŞ-ın keçmiş prezidentinin administrasiyasında işləmiş Mayk Pompeo və bir sıra məmurları boykot edib.


Çin Xarici İşlər Nazirliyi bu gün ABŞ-ın keçmiş prezidenti Donald Tramp administrasiyasındakı bir sıra məmurlara sanksiya tətbiq etdiyini bildirib.

Çin Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: "Rəsmi Pekin əvvəllər Çinə qarşı fəaliyyətlərlə gündəmə gələn 28 ABŞ rəsmisinə sanksiya tətbiq edib. Bu şəxslərin əksəri Tramp administrasiyasında çalışmış rəsmilərdir."

Sanksiya tətbiq edilmiş şəxslər və ailələri Çin və Hong Konga səfər edə bilməyəcək. Ayrıca, bu şəxslərlə əlaqəli hər hansı bir təşkilat Çinlə ticarət mübadiləsi apara bilməyəcək."

Qeyd edək ki, daha öncə İran Tramp və Pompeo da daxil olmaqla bir neçə ABŞ rəsmisinə qarşı sanksiya tətbiq edib. İraq məhkəməsi isə işlədiyi cinayətlərə görə Donald Trampın həbsi ilə bağlı qərar çıxarıb.


Story Code: 911397

News Link :
https://www.islamtimes.org/az/news/911397/tramp-və-ətrafı-üçün-qaranlıq-günlər-başladı-sanksiya

Islam Times
  https://www.islamtimes.org