0
Wednesday 20 January 2021 - 22:25

Tramp və ətrafı üçün qaranlıq günlər başladı - SANKSİYA

Story Code : 911397
Tramp və ətrafı üçün qaranlıq günlər başladı - SANKSİYA
Çin Xarici İşlər Nazirliyi bu gün ABŞ-ın keçmiş prezidenti Donald Tramp administrasiyasındakı bir sıra məmurlara sanksiya tətbiq etdiyini bildirib.

Çin Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: "Rəsmi Pekin əvvəllər Çinə qarşı fəaliyyətlərlə gündəmə gələn 28 ABŞ rəsmisinə sanksiya tətbiq edib. Bu şəxslərin əksəri Tramp administrasiyasında çalışmış rəsmilərdir."

Sanksiya tətbiq edilmiş şəxslər və ailələri Çin və Hong Konga səfər edə bilməyəcək. Ayrıca, bu şəxslərlə əlaqəli hər hansı bir təşkilat Çinlə ticarət mübadiləsi apara bilməyəcək."

Qeyd edək ki, daha öncə İran Tramp və Pompeo da daxil olmaqla bir neçə ABŞ rəsmisinə qarşı sanksiya tətbiq edib. İraq məhkəməsi isə işlədiyi cinayətlərə görə Donald Trampın həbsi ilə bağlı qərar çıxarıb.