0
Thursday 21 January 2021 - 00:47

Britaniyada koronadan ölənlərin sayında rekord

Story Code : 911413
Britaniyada koronadan ölənlərin sayında rekord
Bu, pandemiya başlayandan bəri ən böyük göstəricidir. Krallıqda 33 min 355 nəfərin isə koronavirus testi müsbət olub.

Teleqraf.com xəbər verir ki, ölkədə 4 milyon 62 min 501 nəfərə peyvənd vurulub. Ölkədə dekabr ayının ortalarından başlanılan peyvənd kampaniyası sürətləndirilib.

Bəzi xəstəxanalarda günün 24 saatı və həftənin hər günü peyvənd olunmaq mümkün olacaq. Bu proses 10 gün müddətində sınaqdan keçiriləcək.

Qeyd edək ki, Böyük Britaniyada “Pfizer/BioNTech”, “Oksford Universiteti və AstraZeneca” və “Moderna” peyvəndləri qeydiyyatdan keçib.