QR CodeQR Code

Zərif: “Çavuşoğlu ilə danışdım, Bakıya gedəcəyəm”

21 Jan 2021 02:34

İslamTimes: İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif gələn həftə Bakı, Moskva, İrəvan və Tiflisə getməyi planlaşdırır.


Teleqraf.com xəbər verir ki, bu barədə nazirin özü açıqlama verib.

“Cənubi Qafqaz və Rusiyaya səfər planlaşdırıram. İndidən elan etmirəm, amma düşünürəm ki, Azərbaycan, Rusiya, Ermənistan və Gürcüstana səfər tarixləri artıq müəyyənləşdirilib”, - Zərif deyib.

O, Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə son telefon danışığına da toxunub:
“Türkiyə ilə də danışıqlar aparırıq. Dünən gecə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə yaxşı bir telefon danışığım oldu. Dağlıq Qarabağ məsələsinin həllinə və bölgədə sülh və sabitlik yaradılmasına kömək etmək üçün birlikdə işləyə biləcəyimiz ölkələrə səfər etmək niyyətindəyəm”.


Story Code: 911417

News Link :
https://www.islamtimes.org/az/news/911417/zərif-çavuşoğlu-ilə-danışdım-bakıya-gedəcəyəm

Islam Times
  https://www.islamtimes.org