QR CodeQR Code

Bayden hakimiyyətə gələn kimi ilk olaraq BUNLARI ETDİ...

21 Jan 2021 10:35

İslamTimes: Ağ Evin yeni mətbuat katibi Cen Psaki ilk mətbuat konfransını təşkil edib.


Publika.az xəbər verir ki, o, ABŞ-ın xarici siyasətdə effektiv rol oynayacağını bildirib.

Qeyd edib ki, ABŞ qlobal masaya geri qayıdır: “Yeni Prezident Cozef Bayden vəzifəsinin ilk günündə 15 fərman imzalayaraq Donald Tramp dövründəki bir çox siyasəti rədd edib.

Sabiq hökumət dövründə bəzi müsəlman ölkələrinə tətbiq olunan səyahət qadağası zenofobiyadır.

Bundan başqa, ABŞ yeni fərmanlarla Ümumdünya Səhiyyə Təşkilatına geri qayıdacaq. Doktor Entoni Fausi sabah ÜST-nin onlayn proqramında ABŞ heyətinə rəhbərlik edəcək”.

Psaki mətbuatla da yaxşı münasibətlər quracağını və şəffaf olacağını vurğulayıb.

Onun sözlərinə görə, Bayden xarici ölkə liderlərindən ilk olaraq Kanada Baş naziri Castin Trüdo ilə cümə günü görüşəcək.

Mətbuat katibi qeyd edib ki, Baydenin prioriteti koronavirus pandemiyasıdır.


Story Code: 911466

News Link :
https://www.islamtimes.org/az/news/911466/bayden-hakimiyyətə-gələn-kimi-ilk-olaraq-bunlari-etdi

Islam Times
  https://www.islamtimes.org