0
Thursday 21 January 2021 - 11:12

Cavad Zərif Trampın Ağ Evi tərk etməsilə bağlı paylaşım edib: “Tarixin zibilliyinə düşdülər”

Story Code : 911470
Cavad Zərif Trampın Ağ Evi tərk etməsilə bağlı paylaşım edib: “Tarixin zibilliyinə düşdülər”
“Tramp, Pompeo və onların oxşarları pis ad qazanıb, tarixin zibilliyinə düşdülər. Amma Sərdar Süleymaninin xatirəsi və Trampın rəhbərlik etdiyi terror dövlətinin cinayətkar siyasəti nəticəsində öldürülənlər, ac qalanlar və dava-dərmandan məhrum qalanlar həmişə əbədi qalacaqlar. Bəlkə də Vaşinqtondakı yeni gələnlər ibrət dərsi götürdülər.”

SalamNews xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rəsmi tvitter səhifəsində yazıb.

O, Donald Tramp Administrasiyasının rəsmən Ağ Evdən getməsinə maraqlı münasibət bildirib və açıqlayıb ki, “Tramp, Pompeo və bənzərləri tarixin zibilliyinə düşdülər.”

O, Trampı Administrasiyasının İrana və digər ölkələrə qarşı sərt sanksiyalarına diqqət çəkib və bildirib ki, “Trampın rəhbərlik etdiyi terror dövlətinin cinayətkar siyasəti nəticəsində öldürülənlər, ac qalanlar, dava-dərmandan məhrum qalanlar həmişə əbədi qalacaqlar.”