QR CodeQR Code

Trampla mübarizədə qələbə qazanan İran bundan sonra da təslim olmayacaq!

إسلام تايمز , 21 Jan 2021 21:49

İslamTimes: "İran Donald Trampın maksimum təzyiqləri qarşısında belə diz çökmədisə, bundan sonra da təslim olmayacaq - ABŞ "HBFP" sazişinə geri dönməlidir"


Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə sabiq ali nümayəndəsi Ketrin Eşton və ABŞ-ın sabiq müdafiə naziri Çak Heygel yeni ABŞ prezidentinə ünvanladıqları mesajda Amerikanı İranla imzalanmış HBFP razılaşmasına geri dönməyə çağırıblar.

Eşton və Heygelin bu gün "Hill" informasiya agentliyinin saytında yayımlanan müraciətində HBFP razılaşmasına qarşı çıxan siyasətçilərə etiraz edilir. Bu gün dünyanın 2015-ci ildəkindən (İranla 5+1 arasında razılaşma əldə edilən il) daha fərqli olduğunu bildirən və İranla razılaşmanın zərərli olacağını iddia edənlər Ketrin Eşton və Çak Heygel tərəfindən sərt tənqid olunub.

Bu iki siyasətçi sonda əlavə ediblər ki, İran Donald Trampın maksimum təzyiq adlı sanksiyaları qarşısında belə diz çəkmədisə, bundan sonra da öz haqqlarının tapdanmasına göz yummayacaq!


Story Code: 911601

News Link :
https://www.islamtimes.org/az/news/911601/trampla-mübarizədə-qələbə-qazanan-iran-bundan-sonra-da-təslim-olmayacaq

Islam Times
  https://www.islamtimes.org