QR CodeQR Code

İraq Hizbullahı: Bin Salman ağır bədəl ödəyəcək!

إسلام تايمز , 21 Jan 2021 22:14

İslamTimes: İraq Hizbullahı bu gün terror əməliyyatı nəticəsində həlak olan onlarla məzlum iraqlıya görə Bin Salmanın ağır bədəl ödəyəcəyini bildirib.


İraqın "Kətaib-Hizbullah" Müqavimət Hərəkatı bu gün İraqda 32 nəfərin şəhid olması, 110 nəfərin yaralanması ilə nəticələnən terror əməliyyatı ilə bağlı bəyanat yayımlayıb.

Bəyanatda deyilir:

"Bu gün sionizmin şər qrupları, Amerika və Səudiyyə Ərəbistanı yoxsul təbəqənin alış-veriş üçün yollandığı bazarı hədəf seçməklə, İraq xalqına qarşı çirkin cinayətlərinə yenidən start verdilər.

Amerikada yeni prezidentin iş başına gəlməsindən sonra belə bu sayaq insanlıqdan uzaq terror əməliyyatının həyata keçirilməsi göstərdi ki, şər qruplar hələ də İraq xalqını diz çökürərək, onları qanuni tələblərindən əl çəkməyə vadar etmək istəyir. O İraq xalqı ki, artıq ABŞ işğalçılarını vətənlərində görmək istəmirlər!

Səudiyyə şahzadəsinə də daha öncələr "şirin quyruğu ilə oynama" söyləmişdik. Ondan İraq xalqına qarşı qəddar əməliyyatları dəstəkləməməsini istəmişdik. Demişdik ki, bu alov sizin ayaqları axsaq taxt-tacınıza da sirayət edib, saraylarınızı viran qoya bilər. Amma onlar nəinki, bu fəaliyyətlərinə son qoymadı, hətta daha da artırdı. Bu səbəbdən Ali-Səud bu cinayətinin bədəlini ödəyək!"


Story Code: 911616

News Link :
https://www.islamtimes.org/az/news/911616/iraq-hizbullahı-bin-salman-ağır-bədəl-ödəyəcək

Islam Times
  https://www.islamtimes.org