0
Saturday 23 January 2021 - 09:34

Kapitoliyanın təhlükəsizliyini qoruyan Milli Qvardiyanın yüzlərlə hərbçisi koronavirusa yoluxub

Story Code : 911837
Kapitoliyanın təhlükəsizliyini qoruyan Milli Qvardiyanın yüzlərlə hərbçisi koronavirusa yoluxub
APA xəbər verir ki, bu barədə yerli “Politico” portalı xəbər dərc edib.

Bildirilib ki, hazırda hərbçilər Vaşinqtondakı otellərdə karantinə alınıb.

Respublikaçı senatorun açıqlamasına görə, prezident Co Baydenin andiçmə mərasimi bitdikdən sonra minlərlə hərbi qulluqçu çox da böyük olmayan avtomobil parkına yerləşdirilib ki, bu da onların arasında koronavirusa yoluxma riski yaradıb.

Mənbəyə görə, hərbçilər mərasimlə bağlı xidmətlərini başa vurduqdan sonra Vaşinqtonu tərk etməzdən əvvəl COVID-19 sınağından keçməli idi. Lakin paytaxta gələn hərbçilərin test edilmədiyi bildirilib. Sadəcə, onların temperaturu ölçülüb, xəstələrlə təmasda olub-olmadıqları soruşulub.