QR CodeQR Code

Tramp səssizliyini pozdu: Zamanı gələndə bir şeylər edəcəyik!

إسلام تايمز , 23 Jan 2021 13:12

İslamTimes: Sabiq ABŞ prezidenti vəzifəsindən getdikdən iki gün sonra səssizliyini pozaraq, gələcək planları barədə izah vermədən bir şeylər edəcəyini söyləyib.


Sputnik-in verdiyi məlumata görə, Donald Tramp prezidentlik dönəmi bitdikdən və Vaşinqtonu tərk etikdən sonra ilk dəfə səssizliyini pozaraq, məşhur qırmızı papağını taxıb, müsahibə verib. Tramp Floridada "Washington Examiner" müxbiri ilə reportaj zamanı deyib: "Biz bir şeylər edəcəyik, amma hələ ki, bunun zamanı deyil!"

Bildirilir ki, Tramp Baydenin andiçmə mərasimindən sonra iki gün Florida ştatında qolf sahəsində vaxt keçirib. "Washington Examiner" müxbiri bu ərazidə sakitlik, durğunluq yaşandığını bildirib.

Trampın köməkçilərindən biri onun istirahət etməyə ehtiyacı olduğunu söyləyərək, ən azı bir ay qolfla başını qatacağını bildirmişdi.

Qeyd edək ki, Donald Trampın Senatdakı impiçment məhkəməsinin də artıq zamanı bəlli olub. Məhkəmə fevralın 8-də keçiriləcək.


Story Code: 911881

News Link :
https://www.islamtimes.org/az/news/911881/tramp-səssizliyini-pozdu-zamanı-gələndə-bir-şeylər-edəcəyik

Islam Times
  https://www.islamtimes.org