0
Saturday 23 January 2021 - 15:44

Ərdəbil imam cüməsinin Azərbaycan Respublikası prezidentinə 3 xüsusi təşəkkürü

Story Code : 911913
Ərdəbil imam cüməsinin Azərbaycan Respublikası prezidentinə 3 xüsusi təşəkkürü

Qafqaz Həqiqətləri xəbər verir ki, həzrət Ayətullah Seyid Həsən Amilinin Azərbaycan Respublikası prezidenti İlham Əliyevə ilk təşəkkürü onun 2021-ci ili “Nizami Gəncəvi ili” adlandırmasına görə olub.
Ayətullah Amili bu mübarək addımı alqışlamaq və buna görə təşəkkürünü bildirməklə yanaşı, Nizami Gəncəvinin aşağıdakı şeirini oxuyub:
“İran bir ürəkdir, bu aləm bədən,
Olmaz xəcalətli belə söz deyən.
Çünki ürəyidir bu yerin İran,
Ürək yaxşı olar bədəndən, inan!
Şahlar diyarından xoşdur o diyar
Ki, orda toplanıb yaxşı adamlar.
İmam cümə ikinci təşəkkürünü Azərbaycan Respublikası prezidentinin işğaldan azad edilmiş tarixi Şuşa şəhərində etdiyi çıxışına görə bildirərək deyib: “Azərbaycan Respublikası prezidenti Şuşada açıq-aydın elan etdi ki, 1992-ci ildə Şuşanın süqut etməsi və onun ermənilərin əlinə düşməsi Xalq Cəbhəsi-Musavat cütlüyünün xəyanəti üzündən baş tutmuşdur. O vaxt ermənilər öz dırnaqarası əməliyyatına bir ad vermişdilər – dağlarda toy. Halbuki heç əməliyyat da keçirilməmişdi. Şuşa şəhəri boşaldılmışdı. Ondan sonra isə ermənilər guya bu əməliyyat haqqında əfsanələr uydurmuşdular – dağlarda toy. İndi biz onlara necə toy tutmuşuq.”
İmam cümə əlavə edib: “Bu sözün bizim üçün əhəmiyyətli olması ona görədir ki, Azərbaycan Respublikası mətbuatı neçə illər idi təbliğ edirdilər ki, Şuşanı İran ermənilərə təhvil verib! Elə buradan İran əleyhinə digər ittihamların vəziyyətini də başa düşmək olar.”
Seyid Həsən Amili Qarabağ müharibəsinin əvvəlində Türkiyə KİV-lərinin çox təhlükəli şəkildə İrana qarşı iftiralar yağdırmasına, bizim ölkəmizi Ermənistanın yanında göstərmək istəməsinə və bu istiqamətdə geniş təbliğat aparmasına toxunaraq deyib: “Azərbaycan Respublikası prezidenti açıq-aydın şəkildə onların cavabını verdi, İranın Ermənistana heç bir kömək etmədiyini bildirdi, beləliklə, onların bütün təbliğatını puça çıxartdı. Biz üçüncü dəfə bu mövzuya görə Azərbaycan Respublikası prezidentinə öz təşəkkürümüzü bildiririk.”
Ayətullah Amili Qarabağda tarixi abidələrin qorunması istiqamətində Azərbaycan hökumətinə təklif irəli sürərək deyib: “Azərbaycan hökumətinə təklif edirəm ki, azad edilmiş bölgələrdə tarixi əsərlərin bərpa işlərində iranlı mütəxəssislərdən faydalansın. Bu addım Səfəvilər dövründən Qarabağda qalmış tarixi əsərlərin kimliyinin qorunmasına səbəb olacaq.”
İmam cümə bu il 19 Yanvar mərasiminin keçirilməsinin Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin əsas hissəsinin azad edildiyi bir ilə təsadüf etməsinə də toxunaraq deyib: “Bir zaman Amerika qondarma Qarabağ hökumətinin xarici işlər nazirini Konqresə dəvət etmişdi və orada Qarabağın Azərbaycandan ayrılmasını bayram edir, azəri rəsmilərinə rişxənd edirdilər. Lakin indi belə deyil.”
Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə təmsilçisi çıxışının digər hissəsində sionistlərin bütün İslam ölkələri üçün siyasətlərinə, onları parçalamaq planlarına da toxunaraq deyib: “Onlar Qarabağın Azərbaycan Respublikasına qayıtmasını istəmirdilər. Qarabağda keçirilən hərbi paradda ermənilərin həmişə “İsrail” bayrağı qaldırmaları buna sübutdur.”
Ayətullah Amili vurğulayıb: “Biz dünya azərilərinin vəhdətini istəyirik və vəhdət yalnız rəhbərliklə mümkündür. Şükür ki, dünyanın ən böyük rəhbəri azəri bir böyük şəxsiyyətdir. Ali Məqamlı Rəhbər bütün dünya azərilərinin mənəvi və siyasi rəhbəridir. Biz hamımız onun mehvəri ətrafında hərəkət etməliyik.”
Qeyd edək ki, “19 Yavnar Dünya Müsəlman Azərbaycanlıları Günü” tədbirində Ərdəbilin tanınmış xəttatı Nasir Sadiqinin dəyərli xətti ilə yazılmış “İran bir ürəkdir, bu aləm bədən” tablosunun açılışı ilə Nizaminin şerindən bir parçanın xəttatlıq edilməsi müsabiqəsinə start verilib.
 
Source : Qafqaz.ir/az
Comment