0
Saturday 23 January 2021 - 16:15

ABŞ Ənsarullah hərəkatı ilə bağlı işə yenidən baxacaq

Story Code : 911917
ABŞ Ənsarullah hərəkatı ilə bağlı işə yenidən baxacaq
Reuters-in məlumatına görə, ABŞ Dövlət Departamentinin sözçüsü Yəmənin Ənsarullah hərəkatının terrorçu qruplar siyahına əlavə edilməsi qərarının yenidən nəzərdən keçiriləcəyini elan edib.

Sabiq prezident Donald Trampın göstərişi ilə yaxın günlərdə terror qrupları siyahısına əlavə edilən Yəmənin Ənsarullah hərəkatı ilə bağlı məsələ bu dəfə yeni ABŞ rəhbərliyi tərəfindən gündəmə gətirilir.

ABŞ Dövlət Departamenti bu mövzu ilə bağlı ciddi iş aparır və ən qısa zamanda qərar veriləcəyini elan edib.

ABŞ dövlət katibi Antoni Blinken də bildirmişdi ki, Tramp administrasiyasının Yəmənin Ənsarullah hərəkatını terror qrupları siyahısına əlavə etməsi yanlış qərardır və bu mövzu Yəmən böhranını daha da dərinləşdirə bilər.