QR CodeQR Code

ABŞ Ənsarullah hərəkatı ilə bağlı işə yenidən baxacaq

إسلام تايمز , 23 Jan 2021 16:15

İslamTimes: ABŞ Dövlət Departamenti Yəmənin Ənsarullah hərəkatının terror qrupları siyahısına əlavə edilməsinə yenidən baxılacağını bildirib.


Reuters-in məlumatına görə, ABŞ Dövlət Departamentinin sözçüsü Yəmənin Ənsarullah hərəkatının terrorçu qruplar siyahına əlavə edilməsi qərarının yenidən nəzərdən keçiriləcəyini elan edib.

Sabiq prezident Donald Trampın göstərişi ilə yaxın günlərdə terror qrupları siyahısına əlavə edilən Yəmənin Ənsarullah hərəkatı ilə bağlı məsələ bu dəfə yeni ABŞ rəhbərliyi tərəfindən gündəmə gətirilir.

ABŞ Dövlət Departamenti bu mövzu ilə bağlı ciddi iş aparır və ən qısa zamanda qərar veriləcəyini elan edib.

ABŞ dövlət katibi Antoni Blinken də bildirmişdi ki, Tramp administrasiyasının Yəmənin Ənsarullah hərəkatını terror qrupları siyahısına əlavə etməsi yanlış qərardır və bu mövzu Yəmən böhranını daha da dərinləşdirə bilər.


Story Code: 911917

News Link :
https://www.islamtimes.org/az/news/911917/abş-ənsarullah-hərəkatı-ilə-bağlı-işə-yenidən-baxacaq

Islam Times
  https://www.islamtimes.org