0
Sunday 24 January 2021 - 09:28

Pentaqon rəhbəri: ABŞ Yaponiyanın Çinlə mübahisəli adasını qoruyacaq

Story Code : 912054
Pentaqon rəhbəri: ABŞ Yaponiyanın Çinlə mübahisəli adasını qoruyacaq
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, L. Ostin yaponiyalı həmkarına  ABŞ-ın Çinin iddia etdiyi Senkaku adasını qoruyacağını vəd edib.

Pentaqon rəhbəri qeyd edib ki, ABŞ və Yaponiya arasında təhlükəsizliklə bağlı müqavilənin 5-ci bəndi Senkaku adasının da əhatə edir və Vaşinqton Şərqi Çin dənizində statsu-kvonun dəyişdirilməsinə yönələn istənilən cəhdə qarşıdır.

Qeyd edək ki, Yaponiyanın “Senkaku”, Çinin ‘Dyaoyuydao” adlandırdıqları ada iki ölkə arasında mübahisə mövzusudur. Yaponiya 1985-ci ildən adanın ona məxsus olduğunu, Çin isə 1783 və 1785-ci ildəki Yaponiya xəritələrində adanın Çin ərazisi kimi göstərildiyini bildirir. İkinci Dünya Müharibəsindən sonra ada ABŞ-ın nəzarətində olub, 1972-ci ilə Yaponiyaya təhvil verilib. Ancaq Çin və Tayvan hesab edir ki, Yaponiya adaya qanunsuz nəzarət edir.