QR CodeQR Code

Pentaqon rəhbəri: ABŞ Yaponiyanın Çinlə mübahisəli adasını qoruyacaq

24 Jan 2021 09:28

İslamTimes: Pentaqonun yeni rəhbəri Lloyd Ostin və Yaponiya müdafiə naziri Nobuo Kisi arasında telefon danışığı olub.


APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, L. Ostin yaponiyalı həmkarına  ABŞ-ın Çinin iddia etdiyi Senkaku adasını qoruyacağını vəd edib.

Pentaqon rəhbəri qeyd edib ki, ABŞ və Yaponiya arasında təhlükəsizliklə bağlı müqavilənin 5-ci bəndi Senkaku adasının da əhatə edir və Vaşinqton Şərqi Çin dənizində statsu-kvonun dəyişdirilməsinə yönələn istənilən cəhdə qarşıdır.

Qeyd edək ki, Yaponiyanın “Senkaku”, Çinin ‘Dyaoyuydao” adlandırdıqları ada iki ölkə arasında mübahisə mövzusudur. Yaponiya 1985-ci ildən adanın ona məxsus olduğunu, Çin isə 1783 və 1785-ci ildəki Yaponiya xəritələrində adanın Çin ərazisi kimi göstərildiyini bildirir. İkinci Dünya Müharibəsindən sonra ada ABŞ-ın nəzarətində olub, 1972-ci ilə Yaponiyaya təhvil verilib. Ancaq Çin və Tayvan hesab edir ki, Yaponiya adaya qanunsuz nəzarət edir.


Story Code: 912054

News Link :
https://www.islamtimes.org/az/news/912054/pentaqon-rəhbəri-abş-yaponiyanın-çinlə-mübahisəli-adasını-qoruyacaq

Islam Times
  https://www.islamtimes.org