QR CodeQR Code

İŞİD İraqda Haşd-Şabi təhlükəsizlik qüvvələrinə hücum edib, 11 hərbçi həlak olub

24 Jan 2021 10:06

İslamTimes: İŞİD terror təşkilatı Səlahəddin əyalətində gizli sığınacaqlarından çıxaraq Haşd-Şabi (Xalq Səfərbər Qüvvələri) təhlükəsizlik qüvvələrinə qəfil hücum edib.


SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, İŞİD terror təşkilatı Səlahəddin əyalətinin şərqində əl-İys bölgəsində Haşd-Şabi qüvvələrinə hücum edib.

Hücum nəticəsində 11 təhlükəsizlik qüvvəsi işçisi həlak olub və səkkizi yaralanıb.

İraq Silahlı Qüvvələrinin tərkib hissəsi olan Haşd-Şabi bölgəyə əlavə qüvvələr ezam edib.

Qeyd edək ki, İŞİD terror təşkilatı ötən həftənin cümə axşamı günü Bağdadın mərkəzində bazarda törədilən silsilə terror aktlarının məsuliyyətini üzərinə götürüb. Bu partlayışlarda 32 nəfər həyatını itirmişdi.


Story Code: 912057

News Link :
https://www.islamtimes.org/az/news/912057/işid-iraqda-haşd-şabi-təhlükəsizlik-qüvvələrinə-hücum-edib-11-hərbçi-həlak-olub

Islam Times
  https://www.islamtimes.org