QR CodeQR Code

İranın XİN rəhbəri Cavad Zərif Azərbaycana rəsmi səfərə gəlib

25 Jan 2021 00:33

İslamTimes: İranın Xarici İşlər naziri Cavad Zərif bu gün axşam Azərbaycana rəsmi səfərə gəlib.


APA xəbər verir ki, Zərif hava limanında jurnalistlərə açıqlamasında qardaş Azərbaycan Respublikasına səfərindən məmnunluğunu ifadə edib.

C.Zərif Azərbaycanın torpaqlarını azad etdiyinə görə sevinc hissi keçirdiyini deyib.

O, səfər müddətində əsas müzakirə ediləcək istiqamətləri də açıqlayıb: “Əsas müzakirə mövzusu bölgədəki regional əməkdaşlıqdır. Bu da bizim üçün çox vacibdir. İran İslam Respublikası regiondakı ölkələrlə ikitərəfli yaxın münasibətlərə üstünlük verir”.

İran XİN rəhbərinin sözlərinə görə, sabah azərbaycanlı rəsmilərlə Dağlıq Qarabağdakı vəziyyət, əməkdaşlıq və  azad olunmuş ərazilərdə yenidənqurma, eləcə də təhlükəsizlik məsələləri ilə bağlı danışıqlar olacaq.

Zərif azərbaycanlı məcburi qaçqınların azad edilmiş doğma torpaqlarına qayıtmasına da münasibət bildirib. Qeyd edib ki, bu məsələ də danışıqlar masasında müzakirə ediləcək: “Səfər çərçivəsində, həmçinin, Şimal-Cənub və Cənub-Qərb dəhlizləri ilə bağlı məsələlərə toxunulacaq”.

İranlı diplomat əlavə edib ki, Azərbaycana səfərin ardınca Rusiya, Ermənistan, Gürcüstan və yaxın günlərdə - həftə sonu Türkiyəyə də səfər edəcəyi planlaşdırılıb.

 


Story Code: 912173

News Link :
https://www.islamtimes.org/az/news/912173/iranın-xin-rəhbəri-cavad-zərif-azərbaycana-rəsmi-səfərə-gəlib

Islam Times
  https://www.islamtimes.org