QR CodeQR Code

ABŞ-dan Ankaraya qarşı açıqlama: Dəmirdaş...

25 Jan 2021 00:01

İslamTimes: Avropa İnsan Hüquqları Məhkəməsinin Səlahəddin Dəmirdaşın azadlığa buraxılması ilə bağlı tələbini diqqətlə izləyirik.


Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilib.

Qeyd edilib ki, ABŞ Osman Kavala və Səlahəddin Dəmirdaşla bağlı prosesləri izləməyə davam edəcək:

“Biz bu proseslə və Türkiyədəki bəzi həbslərlə bağlı dərin narahatlıq keçiririk”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, PKK-nin siyasi qanadı sayılan HDP-nin həmsədrlərindən biri Səlahəddin Dəmirdaş terrorizmin təbliği ittihami ilə həbsdədir.

Osman Kavalanın isə məşhur milyarder Corc Sorosun Açıq Cəmiyyət İnstitutunun Türkiyədəki qurucusu olduğu bildirilir.


Story Code: 912174

News Link :
https://www.islamtimes.org/az/news/912174/abş-dan-ankaraya-qarşı-açıqlama-dəmirdaş

Islam Times
  https://www.islamtimes.org