QR CodeQR Code

Moskvada keçirilən icazəsiz mitinqdə mindən çox etirazçı saxlanılıb

25 Jan 2021 01:27

İslamTimes: Rusiyanın paytaxtı Moskvada keçirilən icazəsiz mitinqdə mindən çox etirazçı saxlanılıb.


APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə paytaxt Ombudsmanı Tatyana Potyaeva açıqlamasında bildirib.

Saxlanılanların əksəriyyəti 20-30 yaş arasında olduğu bildirilib.

Aksiyalar “Puşkinskaya” meydanında, daha sonra isə “Svetnoy Bulvar” ətrafındakı küçələrdə keçirilib.

Qeyd edək ki, razılaşdırılmamış etiraz aksiyaları şənbə günü Rusiyanın müxtəlif şəhərlərində də baş verib. Nümayişlər müxalifət liderlərindən olan Aleksey Navalnının tərəfdarları tərəfindən keçirilib.


Story Code: 912176

News Link :
https://www.islamtimes.org/az/news/912176/moskvada-keçirilən-icazəsiz-mitinqdə-mindən-çox-etirazçı-saxlanılıb

Islam Times
  https://www.islamtimes.org