0
Monday 25 January 2021 - 09:41

Bayden ABŞ-ın İran siyasətini dəyişəcək?

Story Code : 912209
Bayden ABŞ-ın İran siyasətini dəyişəcək?
ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Frank Makkenzi yeni prezident Cozef Baydenin vəzifəsinə gəlişinin ölkənin İranla münasibətlərdə "imkanlar dövrü"nün başlanğıcı olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, general deyib: "Əminəm ki, İranda da yeni ABŞ rəhbərliyi əlaqə qurub vəziyyətin dəyişib dəyişməyəcəyini görmək üçün siyasi fikir var. Yeni rəhbərlik ABŞ siyasətini bir daha nəzərdən keçirməyə hazırlaşır".