QR CodeQR Code

ABŞ-da hamilə qadın da daxil olmaqla 6 nəfər güllələndi

25 Jan 2021 12:33

İslamTimes: İndianapolisdəki bir evdə baş verən atışma nəticəsində hamilə qadın da daxil olmaqla altı nəfər qətlə yetirilib.


Associated Press-in verdiyi məlumata görə, ABŞ polisi bildirib ki, İndiana ştatının İndianapolis şəhərində hamilə qadın da daxil olmaqla altı nəfər güllələnib.

Elə görünür kimi, bu hadisə öncədən planlaşdırılmış bir cinayət olub. İndianapolis Şəhər Polis İdarəsindən bildirilib ki, dəhşətli atışma ilə bağlı səhər saat 4 radələrində polisə xəbər verilib.

Polis rəisi Randal Taylor deyib ki, elə düşünürük ki, bir və ya bir neçə şəxs öncədən planlaşdırılmış şəkildə bir evə hücum edib. Bu ani bir mübahisə sonrası baş vermiş hadisəyə bənzəmir.

Hələ ki, hadisəni törədən şəxs və ya şəxslər saxlanılmayıb.


Story Code: 912270

News Link :
https://www.islamtimes.org/az/news/912270/abş-da-hamilə-qadın-daxil-olmaqla-6-nəfər-güllələndi

Islam Times
  https://www.islamtimes.org