QR CodeQR Code

Həmas: ABŞ-ın Fələstin-İsrail problemində səmərəli vasitəçiliyi bir xəyaldır

إسلام تايمز , 25 Jan 2021 14:08

İslamTimes: Həmas sözçüsü, Fələstin Muxtariyyətinin əmək nazirindən ABŞ-a güvənməkdən əl çəkməsini istədi


Fələstinin Həmas təşkilatının sözçüsü Hazem Qasim Fələstin Muxtariyyətinin bəzi səlahiyyətlilərini yeni ABŞ rəhbərliyinə yersiz etimad etməkdən çəkinməyə çağırıb.

Fələstin Muxtariyyətinin əmək naziri Əhməd Məcdəlani bildirmişdi ki, ABŞ-ın yeni rəhbərliyi Tramp administrasiyasından daha fərqli bir yol tutacaq.

Həmas sözçüsü bildirib ki, Məcdəlaninin ABŞ-ın yeni rəhbərliyi ilə bağlı fikirləri bəzi fələstinli nazirlərin Sionist rejimlə problemlərin həlli ilə bağlı boş ümidlər bəslədiyini göstərir.

Həmas sözçüsü bəzi səlahiyyətlilərin yeni ABŞ Dövlət katibinin sözlərini yada salmadan ABŞ-a qarşı xoş münasibət bəsləməsini tənqid edib.

Qeyd edək ki, ABŞ-ın yeni Dövlət katibi, işğal olunmuş Qüdsü hələ də Sionist rejimin paytaxtı kimi tanıyacaqlarını və ABŞ səfirliyini bu şəhərdən köçürməyəcəyini dilə gətirmişdi.


Story Code: 912278

News Link :
https://www.islamtimes.org/az/news/912278/həmas-abş-ın-fələstin-israil-problemində-səmərəli-vasitəçiliyi-bir-xəyaldır

Islam Times
  https://www.islamtimes.org