QR CodeQR Code

Trampın İrana qarşı maksimum təzyiq siyasəti əks nəticə verdi

إسلام تايمز , 25 Jan 2021 14:50

İslamTimes: Fransa xarici işlər naziri Jan-İv Lö Drian keçmiş ABŞ administrasiyasının İrana qarşı maksimum təzyiq siyasətinin uğursuzluğundan danışıb.


Fransa Xarici İşlər Naziri Jan-İv Lö Drian "France İnter" radio kanalının "Siyasi suallar" proqramında Donald Tramp administrasiyasının İrana qarşı maksimum təzyiq siyasətinin əks nəticə verdiyini bildirib.

Fransa xarici işlər naziri deyib:

"Bu gün vəziyyət çox təhlükəlidir, İranın nüvə silahı əldə etməsi əhəmiyyətli geostrateji nəticələrə səbəb olacaq.

Biz istədiyimiz nəticənin tam əksinə nail olmuşuq. Tramp deyirdi ki, maksimum təzyiqlə İranın nüvə silahı əldə etməsinə mane olmaq istəyir. Amma reallıq budur ki (İran İslam Respublikası) hədəflərinə çatmaq üzrədir.

Biz İranla Vyanada imzalanmış nüvə anlaşmasına qayıtmaq üçün bir yol tapmalıyıq!"


Story Code: 912283

News Link :
https://www.islamtimes.org/az/news/912283/trampın-irana-qarşı-maksimum-təzyiq-siyasəti-əks-nəticə-verdi

Islam Times
  https://www.islamtimes.org