0
Tuesday 26 January 2021 - 01:14

Yəmən xalqı ABŞ-ın Ənsarullah əleyhinə addımlarına qarşı izdihamlı mitinqlərə başladı

Story Code : 912391
Yəmən xalqı ABŞ-ın Ənsarullah əleyhinə addımlarına qarşı izdihamlı mitinqlərə başladı
Əl-Məsirəyə istinadən xəbər verir ki, Ənsarullah hərəkatına dəstək üçün oxşar mitinqlərin bu gün paytaxt da daxil olmaqla 15 fərqli Yəmən vilayətində də keçirilib.

Saadadakı nümayişçilər əllərində ABŞ hökumətinin Səudiyyə rejiminin koalisiyasına dəstəyini pisləyən plakatlar qaldıraraq, Ənsarullah hərəkatını Yəmənin milli silahlı müqavimər qrupu adlandırıblar.

Saada əhalisi Yəmən müharibəsini ilk növbədə Amerikanın təcavüzü kimi qiymətləndirərək, Səudiyyə rejiminin koalisiyasının ilk və ən əhəmiyyətli hərbi və siyasi dəstəkçisinin Yəmən xalqının soyqırımına görə məsuliyyətli olan ABŞ hökumətinin olduğunu bildiriblər.

Ənsarullahı terrorçu adlandırmanın ABŞ-ın Yəməndəki məğlubiyyətinin bir əlaməti olduğu vurğulayan çıxışçılar, belə deyiblər: “Səudiyyə rejimi və amerikalı təcavüzkarların hərəkətləri terror və cinayət deyilsə, cinayət və terrorizmin mənası nədir? Əl-Qaidə və İŞİD təcavüzkar ölkələrin dəstəyi ilə Yəməndə döyüşür.

Xarici ölkələrin Yəmən üzərində hökmranlıq dövrü bitdi və təcavüzkar ölkələr Yəmən üzərindəki hökmranlıqlarının bitməsilə barışmalıdırlar”.

ABŞ-ın eks-prezidenti Donald Trampın Maliyyə Nazirliyi iqtidardakı sonuncu günlərində Yəmənin Ənsarullah hərəkatını üç liderini sanksiya siyahısına saldı. /Deyerler/