QR CodeQR Code

"Trampın İrana qarşı maksimum təzyiq kampaniyası faciəli məğlubiyyət oldu"

إسلام تايمز , 26 Jan 2021 11:52

İslamTimes: Demokrat senator Kris Morfi sabiq ABŞ prezidenti Donald Trampın İrana qarşı maksimum təzyiq siyasətini "fəlakətli bir məğlubiyyət" olaraq xarakterizə edib.


Kris Morfi Twitter hesabında ABŞ-ın HBFP razılaşmasından çıxdıqdan sonra işə saldığı İrana qarşı maksimum təzyiq siyasəti ilə bağlı yazıb:

"Tramp administrasiyasının sözdə maksimum təzyiq kampaniyası faciəli bir məğlubiyyət oldu. İrana qarşı hücum siyasətini seçənlər hələ də peşmançılıq hissi keçirmirlər. İndi onlar öz düşüncələrini diplomatiya tərəfdarı olan Bayden komandasına diktə etməyə çalışırlar.

Tramp komandası İrana qarşı sanksiyaları bərpa etməklə rəsmi Tehranı HBFP razılaşmasında qeyd olunmayan digər mövzularla bağlı da razılaşmaya vadar etmək istəyirdi. Amma hətta ABŞ-a müttəfiq ölkələr İran tərəfində dayanaraq, bu ölkənin sankiyalardan yayınması üçün boşluqlar yaratdı!"


Story Code: 912443

News Link :
https://www.islamtimes.org/az/news/912443/trampın-irana-qarşı-maksimum-təzyiq-kampaniyası-faciəli-məğlubiyyət-oldu

Islam Times
  https://www.islamtimes.org