0
Tuesday 26 January 2021 - 11:52

"Trampın İrana qarşı maksimum təzyiq kampaniyası faciəli məğlubiyyət oldu"

Story Code : 912443
"Trampın İrana qarşı maksimum təzyiq kampaniyası faciəli məğlubiyyət oldu"
Kris Morfi Twitter hesabında ABŞ-ın HBFP razılaşmasından çıxdıqdan sonra işə saldığı İrana qarşı maksimum təzyiq siyasəti ilə bağlı yazıb:

"Tramp administrasiyasının sözdə maksimum təzyiq kampaniyası faciəli bir məğlubiyyət oldu. İrana qarşı hücum siyasətini seçənlər hələ də peşmançılıq hissi keçirmirlər. İndi onlar öz düşüncələrini diplomatiya tərəfdarı olan Bayden komandasına diktə etməyə çalışırlar.

Tramp komandası İrana qarşı sanksiyaları bərpa etməklə rəsmi Tehranı HBFP razılaşmasında qeyd olunmayan digər mövzularla bağlı da razılaşmaya vadar etmək istəyirdi. Amma hətta ABŞ-a müttəfiq ölkələr İran tərəfində dayanaraq, bu ölkənin sankiyalardan yayınması üçün boşluqlar yaratdı!"