0
Tuesday 26 January 2021 - 12:57

CIA-ya bağlı analitiklər: ABŞ Bin Salmana qarşı çevrilişi dəstəkləyə bilər

Story Code : 912462
CIA-ya bağlı analitiklər: ABŞ Bin Salmana qarşı çevrilişi dəstəkləyə bilər
"Spy Talk" veb saytının təhlükəsizlik və hərbi məsələlər üzrə araşdırmaçısı Conatan Broder Bayden hökumətinin Məhəmməd bin Salmana qarşı çevrilişi dəstəkləyib-dəstəkləməyəcəyi ilə bağlı araşdırma aparıb. O Qərbi Asiyada on illərlə fəaliyyət göstərmiş bir sıra keçmiş CIA mütəxəssisləri ilə danışıb.

Conatan Broder yazıb: "Mütəxəssislər yeni ABŞ hökumətinin Səudiyyə Ərəbistanında mümkün çevrilişi dəstəkləyib-dəstəkləməyəcəyi ilə bağlı tərəddüdlüdürlər. 34 il CIA agenti olmuş Daqlas London Səudiyyə Vəliəhdinə qarşı çevrilişlə bağlı deyib: "Bu bizim işimizdir. Ən azından onların (Səudiyyə müxalifətinin) zehnindən keçənləri yaxşı bilirik."

Qeyd edək ki, Bayden və yaxınları dəfələrlə Səudiyyə rejiminin jurnalist Camal Qaşıqçının vəhşicəsinə qətlə yetirilməsinə və insan haqqlarının kobudcasına pozulmasına görə cavab verməli olacağını bildirib.