0
Tuesday 26 January 2021 - 20:38

Çin: ABŞ-ın yeni rəhbərliyi Trampın səhvlərindən dərs çıxarmalıdır

Story Code : 912544
Çin: ABŞ-ın yeni rəhbərliyi Trampın səhvlərindən dərs çıxarmalıdır
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Liçian rəsmi Pekinin Baydenin Çin-ABŞ münasibətlərinin yaxşılaşdırılmasına kömək edəcəyinə ümid etdiyini bildirib.

Sözçü deyib ki, son bir neçə ildə Tramp administrasiyası bir çox səhvlərə yol verərək Çini strateji rəqib və ya hətta bir təhdid olaraq tanıtdırmağa çalışdı. Tramp bu yanlış siyasətlərlə Çinin maraqlarına zərər toxundurub, bizim ölkənin daxili işlərinə müdaxilə etdi.

Jao Liçian Çin və ABŞ-ın iki hegemon ölkə olaraq, dünyada sülhün bərqərar olunması üçün həmkarlıq etməli olduğunu bildirib. O ABŞ-ın yeni rəhbərliyinin Tramp administrasiyasının Çinə qarşı səhv siyasətindən dərs alacağına və gələcəkdə Çin-ABŞ münasibətlərinin müsbət yöndə inkişaf edəcəyinə ümid etdiyini qeyd edib.