0
Wednesday 27 January 2021 - 11:00

Səudiyyədə şiə müsəlmanlarına həbs cəzası verildi

Story Code : 912643
Səudiyyədə şiə müsəlmanlarına həbs cəzası verildi
Dammam Məhkəməsi Məhəmməd Bucbəranı dini şüarlarına və "Ərbəin" mərasimlərini keçirdiyi üçün 9 ay həbs cəzasına məhkum edib.
Dammam Məhkəməsi bölgədəki digər səkkiz şiə gənci isə dörd ay həbs cəzasına məhkum edib.
Hüquq aktivistləri məsələ ilə əlaqədar bunları söyləyir: "Məhəmməd Bucbəra heç bir cinayət törətməmiş və yalnız İmam Hüseynin şəhadətinin qırxıncı günü olan "Ərbəin" mərasimlərini təşkil etmişdi".
Məhəmməd Bucbəra keçən il 4 oktyabrda Səudiyyə Ərəbistanının şərq bölgəsində səkkiz şiə gənclə birlikdə həbs edilmişdi.
Müşahidəçilər Səudiyyə Ərəbistanının şərq bölgəsindəki bu şəxsin və şiələrin həbs edilməsinin şiə məzhəbinin üzvlərinə qarşı məzhəb ayrı-seçkiliyi məqsədilə baş verdiyini qeyd ediblər.
Yerli mənbələr bildiriblər ki, həbsdən əvvəl Bucbəra və ətrafındakılara qarşı həbs qərarı verilməyib və Səudiyyə Cinayət Məcəlləsinin 3-cü maddəsinə zidd olaraq həbs edilib. Bu qanuna görə, şəxslərin həbsinə yalnız məhkumluğu sübut olunduqdan sonra icazə verilir.
İndiyə qədər Səudiyyə təhlükəsizlik qüvvələri tərəfindən bəzilərinin Yəmən müharibəsinə qarşı çıxdıqları və Şeyx Nimr ən-Nimrin edam edilməsini qınadıqları üçün 16 nəfər şiə din aliminin həbs olunduğu deyilir. /Eastnews/