QR CodeQR Code

Bin Salmana qarşı sürpriz hərbi çevriliş hazırlanır?

إسلام تايمز , 27 Jan 2021 16:49

İslamTimes: Səudiyyə Ərəbistanındakı müxaliflər mövcud dəlillərə istinad edərək vəliəhd şahzadəyə qarşı çevriliş hazırlandığını bildirir.


RT xəbər agentliyinin verdiyi məlumata görə, Səudiyyə müxalifəti vəliəhd şahzadə Məhəmməd Bin Salmana qarşı çevriliş planı hazırlandığının nişanələrindən danışıb.

"Əl-təcdid əl-İslamiyyə" Partiyasının baş katibi Məhəmməd əl-Məsəri məlumatlı mənbələrə istinadən bildirib ki, Məhəmməd ibn Salmanın mövqeyi olduqca zəifləyib, əksinə Əhməd bin Əbdül-Əzizin isə nüfuzu inanılmaz dərəcədə güclənməkdə davam edir.

Əhməd bin Əbdül-Əzizin fərqli qəbilələrdən minlərlə insanın dəstəyini qazandığı bildirilir. Hətta ordu sıralarında da ona dəstək verən generalların sayı çoxalıb.

"Əl-təcdid əl-İslamiyyə" Partiyasının baş katibi qeyd edib ki, Ali-Səud ailəsində də qütbləşmə müşahidə edilir. Hətta ölkənin təhlükəsizlik xidmətindəki yüksək məqamlı şəxslər arasında da ciddi ixtilaflar yaranıb.


Story Code: 912729

News Link :
https://www.islamtimes.org/az/news/912729/bin-salmana-qarşı-sürpriz-hərbi-çevriliş-hazırlanır

Islam Times
  https://www.islamtimes.org