0
Wednesday 27 January 2021 - 17:51

Rusiya: "ABŞ İranla anlaşsa biz buna hazırıq..."

Story Code : 912732
Rusiya: "ABŞ İranla anlaşsa biz buna hazırıq..."
Rusiya xarici işlər nazirinin müavini, ABŞ-ın HBFP razılaşmasına qayıdacağı təqdirdə ölkəsinin İranın normadan artıq zənginləşdirilmiş uran ehtiyatını ixrac etməyə hazır olduğunu söyləyib.

Sergey Ryabkov Twitter-də yazıb: "Hərçənd bu barədə danışmaq hələ tezdir. Amma ABŞ (sabiq prezident Donald Trampın tərk etdiyi) nüvə anlaşmasına qayıdarsa Rusiya İranın artıq uran ehtiyatını ixrac etməyə hazırdır."

Ötən gün Rusiya xarici işlər naziri Moskvada İran xarici işlər nazirini qəbul edib. Lavrov görüş zamanı deyib: "Bizim (İran və Rusiya) HBFP sazişi ilə bağlı mövqeyimiz eynidir. Biz bu razılaşmanın tam şəkildə qorunmasında maraqlıyıq. HBFP sazişini qoruyub saxlamağın yeganə yolu bu razılaşmanın şərtlərinin tam şəkildə həyata keçirilməsidir."