0
Wednesday 27 January 2021 - 18:41

Hizbullah yeni hökumətin təşkilinin sürətləndirməsinə dəstək verir

Story Code : 912740
Hizbullah yeni hökumətin təşkilinin sürətləndirməsinə dəstək verir
Əl-Manar-ın verdiyi məlumata görə, Livanın Hizbullah Təşkilatının baş katibinin müavini yeni Livan hökumətinin təşkili prosesinin sürətləndirməsini dəstəklədiklərini vurğulayıb.

Şeyx Nəim Qasim BMT Baş katibinin Livandakı xüsusi elçisi Jan Kubiç ilə görüş zamanı bildirib ki, Hizbullah Təşkilatı hava, quru və dəniz vasitəsi ilə Livan ərazilərini işğal etməyə çalışan İsrailə qarşı formalaşmış Livan xalqının iradəsinin ayrılmaz bir hissəsidir!

Hizbullahın Ərəb ölkələri və beynəlxalq əlaqələr üzrə məsul şəxsi Əmmar əl-Musəvinin də qatıldığı toplantıda, koronavirus səbəbindən Livanda insanların yaşayış şərtlərinin pisləşməsi, ölkədəki sağlamlıq durumu və iqtisadi vəziyyət də müzakirə edilib.

Qeyd edək ki, Jan Kubiç Livandakı missiyasının sonunda bu ölkəni tərk etməzdən öncə Hizbullah baş katibinin müavini ilə görüş keçirib.