0
Thursday 28 January 2021 - 11:12

Bayden Trampın İranla bağlı siyasətini də çökdürür

Story Code : 912838
Bayden Trampın İranla bağlı siyasətini də çökdürür
Publika.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

Onun sözlərinə görə, Prezident Cozef Bayden çox açıq şəkildə deyib ki, İran razılaşma çərçivəsində üzərindəki öhdəlikləri tam həyata keçirsə, ABŞ da bunu edəcək: “Daha sonra müttəfiqlərimiz və tərəfdaşlarımızla işləmək üçün bunu əsas götürəcəyik. Lakin bu günə qədər bu hələ çox uzaq hədəf kimi qalır...”

Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp 2018-ci ildə İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmağa qərar verdi, bundan sonra Vaşinqton İrana maksimum təzyiq kampaniyası başlatdı. Plan Tehranın nüvə inkişafı ilə əlaqədar böhrandan çıxmaq üçün 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya tərəfindən İranla imzalanmışdı.

Hazırkı Prezident Cozef Bayden dəfələrlə ABŞ-ı razılaşmaya qaytarmağa hazır olduğunu bildirib.