QR CodeQR Code

İrlandiyada sənətçilər İsrail rejiminin işğalını boykot etmək üçün öhdəlik imzaladı

28 Jan 2021 15:36

İrlandiya Fələstin Həmrəylik Kampaniyasının (İPSC) mədəni əlaqələr koordinatoru Zoi Laulor iştirakçıların sayının mindən çox sənətçiyə çatdığını bildirərək, bunun irlandiyalıların Fələstin xalqı ilə həmrəyliyi səviyyəsində bir mərhələ olduğunu təsdiqləyib.


Deyerler.org xəbər verir ki, İrlandiyadakı mindən çox sənətçi İsrail rejiminin işğalını mədəni şəkildə boykot etmək üçün öhdəlik imzalayıb və İsrail rejimində heç bir nümayiş və ya sərgi üçün dəvəti qəbul etməyəcəklərini və sionist İsrail rejimi ilə əlaqəli hər hansı qurumdan heç bir maliyyə vəsaiti qəbul etməyəcəkləri öhdəliyini götürüblər.

İrlandiya Fələstin Həmrəyliyi Kampaniyasının mədəni əlaqələr koordinatoru Zoi Laulor belə deyib: “İrlandiyalı sənətçilərin öhdəliyi, on il əvvəl məşhur bəstəkar və İPSC-nin həmtəsisçisi Reymond Den tərəfindən başladıldı. Əvvəlcə 140-dan çox irlandiyalı yaradıcı və ifaçı sənətçi tərəfindən imzalanan öhdəlikdə, indiki şərtlərdə İsrail rejimini boykot etməyi öhdələrinə götürənlərin sayı 1.000 nəfərdən çoxdur.

Bu qədər sənətkarın öhdəliyə imza atması ilə fəxr edirik. 1000 imzaya çatmaq Fələstinlə İrlandiyanın həmrəyliyi üçün böyük əlamətdar hadisədir və Fələstinin azadlıq, ədalət və bərabərlik uğrunda mübarizəsini dəstəkləyən ciddi bəyanatdır. Yerli Fələstin xalqı 73-cü il məhrumiyyətə, etnik təmizləməyə, aparteizmə və məcburi sürgünə dözdükcə və qərb hökumətləri İsrail rejimini cəzalandırmaqda uğursuz olduqlarında, vicdanlıların həmrəyliyinə ehtiyac duyurlur və bu öhdəlik burada böyük rol oynayacaq.

1034 imza atanlar arasında İrlandiyanın dövlət tərəfindən dəstəklənən Rəssamlar Akademiyası Aosdána və İrlandiyanın beynəlxalq səviyyəli bəzi sənət adamları da daxil olmaqla aktyorlar, yazıçılar, şairlər, rəssamlar, heykəltəraşlar, kinorejissorlar, rəqqaslar, memarlar, bəstəkarlar, dizaynerlər, musiqiçilər və başqaları var”.


Story Code: 912921

News Link :
https://www.islamtimes.org/az/news/912921/irlandiyada-sənətçilər-israil-rejiminin-işğalını-boykot-etmək-üçün-öhdəlik-imzaladı

Islam Times
  https://www.islamtimes.org