0
Thursday 28 January 2021 - 16:12

İran uranı zənginləşdirmə sürətini artırır

Story Code : 912927
İran uranı zənginləşdirmə sürətini artırır
İran dövlət televiziyasının verdiyi məlumata görə, Kamalvəndi parlamentin sədri Məhəmməd Baqir Qalibafın Fordodakı uran zənginləşdirmə müəssisəsinə səfərindən sonra mətbuata açıqlama verərək, nüvə fəaliyyətlərində əvvəlki illərlə müqayisədə "müqayisəolunmaz irəliləyiş" əldə etdiklərini söyləyib.

Kamalvəndi uran zənginləşdirmə müəssisələrində uranın daha sürətli zənginləşdirilməsinə imkan verən inkişaf etmiş sentrifuqalar quracaqlarını qeyd edərək, "3 aydan əvvəl IR-2m sentrifuqalar quraşdıracağıq. Bu qurğuları eyni zamanda istehsal edib quraşdırırıq", - deyib.

Kamalvəndi İranın nüvə sazişində 3,67%-ə qədər zənginləşdirməsinə icazə verilməsinə baxmayaraq, İranın bu günə qədər 20% zənginləşdirilmiş 17 kiloqram uran istehsal etdiyini də bildirib.

Parlamentdə qəbul edilən nüvə qanunu çərçivəsində sanksiyaların 21 fevral tarixinədək götürülməməsi halında İranın Əlavə Protokoldan çıxma qərarının qəti olub-olmadığı sualına Kamalvəndi "Qanunu tam şəkildə tətbiq edirik.

Parlament və hökumət bu barədə qərar qəbul etdi. Bu cəhətdən hazırlıqlarımız var və bu qanunu tətbiq edəcəyik", - deyib. /Eastnews/