Entoni Blinkenə nota ilə müraciət edən demokratlar, onu Tramp administrasiyasının bir sıra qərarlarını ləğv etməyə çağırıb.
"Deyerler.org"un ParsToday-a istinadən verdiyi xəbərə görə, demokrat millət vəkilləri, xüsusən Entoni Blinkeni Yəmənin Ənsarullah hərəkatını terrorçu təşkilatlar siyahısından çıxarmağa, Səudiyyə rejiminə hücum silahlarını verməyi dayandırmağa, müxalifətçi jurnalist Camal Kaşıkçının qətlini araşdırmaq üçün dərhal mexanizm hazırlamağa və Səudiyyə rejimin əvvəllər saxlanılan Amerika vətəndaşlarını sərbəst buraxmasını tələb etməyə çağırıb.