QR CodeQR Code

ABŞ: İran HBFP öhdəliklərinə geri dönsə, biz də geri dönəcəyik

إسلام تايمز , 30 Jan 2021 00:40

İslamTimes: ABŞ Dövlət Departamenti İranın HBFP sazişində qeyd olunan öhdəliklərə geri dönəcəyi təqdirdə ABŞ-ın da razılaşmaya qayıdacağını iddia edib


"Al Jazeera"-nin verdiyi məlumata görə Dövlət Departamenti ABŞ-ın özünün İranla imzalanmış HBFP sazişini pozduğunu xatırlatmadan bildirib ki, İran öhdəliklərə qayıtsa, Vaşinqton da nüvə anlaşmasına qayıdacaq.

ABŞ Dövlət Departamenti iddialarının davamında əlavə edib: "İran bəzi öhdəliklərini yerinə yetirmədiyindən razılaşmadan uzaq düşmüşük. Bəzi qərarlara yenidən baxılması lazımdır."

ABŞ Dövlət Departamenti açıqlamasında bildirib ki, yeni hökumət İran məsələsi ilə bağlı ABŞ müttəfiqləri və Konqreslə də məsləhətləşmələr aparır.

Qeyd edək ki, prezident Co Bayden seçki kampaniyası zamanı bildirmişdi ki, seçkilərdə qalib gəlsə İranla imzalanmış HBFP razılaşmasına geri dönəcək.


Story Code: 913162

News Link :
https://www.islamtimes.org/az/news/913162/abş-iran-hbfp-öhdəliklərinə-geri-dönsə-biz-də-dönəcəyik

Islam Times
  https://www.islamtimes.org