QR CodeQR Code

İkinci doza Pfizer vaksini vurulan amerikalı öldü

إسلام تايمز , 30 Jan 2021 01:00

İslamTimes: Kaliforniya əyalətinin səhiyyə idarəsi "İrvin" Tibb Mərkəzində ikinci doza Pfizer vaksini vurulan xəstəxana işçisinin öldüyünü bildiriblər.


Kaliforniyada "South Coast Global" Tibb Mərkəzində rentgenlərə nəzarət edən Tim Zook ikinci doza Pfizer vaksini vurulduqdan cəmi iki gün sonra həyatını itirib.

60 yaşlı şəxs peyvəndin ikinci dozası vurulduqdan sonra səhhətində ciddi problemlər ortaya çıxıb. O həmkarlarına deyib ki, mədəsində kəskin ağrılar yaranıb və nəfəs almaqda çətinlik çəkir.

Zookun vəziyyəti pisləşdikdən sonra həmkarları onu təcili yardım otağına aparıblar və dörd saat sonra həkimlər xəstəni oksigen aparatına qoşmaq məcburiyyətində qalıb. Lakin iki gün keçmədən Zook komaya girib və həyatını itirib.

Qeyd edək ki, ABŞ istehsalı olan Moderna və Pfizer vaksinləri vurulmuş yüzlərlə şəxsin səhhətində ciddi problemlər yaranıb, bir neçə şəxs isə vaksin vurulduqdan sonra ölüb.


Story Code: 913163

News Link :
https://www.islamtimes.org/az/news/913163/ikinci-doza-pfizer-vaksini-vurulan-amerikalı-öldü

Islam Times
  https://www.islamtimes.org