0
Saturday 30 January 2021 - 09:29

İstanbul-Tehran reysi ilə uçan təyyarə Bakıda məcburi eniş etdi

Story Code : 913212
İstanbul-Tehran reysi ilə uçan təyyarə Bakıda məcburi eniş etdi
Modern.az-ın məlumatına görə, İmam Xomeyni adına Beynəlxalq Hava Limanının ictimai əlaqələr şöbəsinin müdiri Fərşid Hüseyni ISNA-ya açıqlamasında bildirib.

O bildirib ki, hava şəraiti uyğun olmadığına görə, "Turkish Airlines" şirkətinə məxsus təyyarənin pilotu aeroporta enməməyə qərar verib.

Aeroport rəsmisi deyib ki, təyyarə Bakı istiqamətində yola düşüb. Pilot havanın normallaşmasından sonra Tehrana uçacağını bildirib.