QR CodeQR Code

Kanadaya İsraildən silah almama çağırışı edildi

30 Jan 2021 10:10

İslamTimes: "Kanadalılar Orta Şərqdə Ədalət və Sülh Uğrunda" (CJPME) adlı qrup Kanada hökumətini İsraildən pilotsuz uçuş aparatların (PUA) alınması barədə müqaviləni ləğv etməyə çağırıb.


Qrupun sosial media hesablarındakı paylaşımda Kanadanın İsrailin ikinci ən böyük silah şirkəti olan "Elbit Systems"in istehsal etdiyi PUA-ları almaq üçün 36,16 milyon dollar dəyərində bir müqavilə imzaladığı ifadə edilib.

Bu satınalmanın ləğv edilməsini istəyən CJPME sözügedən pilotsuz aparatların İsrailin 2014-cü ildə Qəzzada fələstinli mülki vətəndaşlara hücumunda istifadə etdiyi silahın "mülki versiyası" olan "Hermes 900" olduğunu açıqlayıb. /Eastnews/


Story Code: 913218

News Link :
https://www.islamtimes.org/az/news/913218/kanadaya-israildən-silah-almama-çağırışı-edildi

Islam Times
  https://www.islamtimes.org