QR CodeQR Code

ABŞ-ın dəstəyi ilə suriyalı uşaqlara qarşı cinayətlər davam edir

30 Jan 2021 20:50

İslamTimes: Suriyanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi, ABŞ-ın dəsytəklədiyi terror qrupları və Suriyanın kürd qüvvələri tərəfindən uşaqlara qarşı cinayətlərini davam etdirdiyini vurğulayıb.


Bəşər əl-Cəfəri Təhlükəsizlik Şurasının "Silahlı Qarşıdurmada Uşaqlar" mövzusunda keçirdiyi videokonfransda, ABŞ tərəfindən dəstəklənən kürd terror qruplarının və Suriyanın “Kürd Demokratik Qüvvələri”nin qətllər, istismarlar və qaçırmalar daxil olmaqla suriyalı uşaqlara qarşı cinayətlər törətməyə davam edirdiyini bildirib.

Əl-Cəfəri qeyd edib ki, bütün təzyiqlərə baxmayaraq Suriya hökumətinin, terrorçulardan azad edilmiş bölgələrdə və ya dövlət qurumlarına sığınan uşaqları qorumaq və onlara qayğı göstərmək üçün səylərini davam etdirir. BMT-nin daimi nümayəndəsi, terror cinayətləri, xarici işğal və ABŞ və Aİ-nin Suriyaya qarşı birtərəfli hərəkətlərindən sonra suriyalı uşaqların acınacaqlı vəziyyətinə toxunaraq, ölkədə İŞİD terror qruplaşmasının uşaqları və qadınları daxil olmaqla vətəndaşlarının geri dönməsinə ciddi çətilliklər yarandığını bildirib. /Deyerler/


Story Code: 913358

News Link :
https://www.islamtimes.org/az/news/913358/abş-ın-dəstəyi-ilə-suriyalı-uşaqlara-qarşı-cinayətlər-davam-edir

Islam Times
  https://www.islamtimes.org