QR CodeQR Code

Tehran Makronun təklifini rədd etdi

31 Jan 2021 12:09

İslamTimes: İran hökuməti Fransa Prezidenti Emmanuel Makronun Səudiyyə Ərəbistanı rejimi ilə bağlı təklifini rədd edib


Axar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə açıqlama verib.

“Nüvə razılaşması BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə təsdiqlənib və heç bir şəkildə yenidən müzakirəyə çıxarıla bilməz. Eyni zamanda, bu, tərəfləri bəlli və dəyişməz olan çoxtərəfli razılaşmadır”, - XİN rəsmisi söyləyib.

Qeyd edək ki, Makron ötən gün Səudiyyə Ərəbistanı rejiminə məxsus “Əl-Ərəbiyyə” telekanalına verdiyi açıqlamada Ər-Riyad rəhbərliyinin İranla planlaşdırılan nüvə danışıqlarında iştirak etməli olduğunu söyləyib.

 


Story Code: 913424

News Link :
https://www.islamtimes.org/az/news/913424/tehran-makronun-təklifini-rədd-etdi

Islam Times
  https://www.islamtimes.org