KİV: Suriyada həbsdə olan İŞİD üzvləri həbsxanada qiyam qaldırıb
Story Code : 913451
Bu barədə Beyrutdan yayımlanan “Al Mayadeen” telekanalı məlumat yayıb.
Bildirilib ki, qaçmağı planlaşdıran məhbuslar mühafizəçilərin diqqətini yayındırmaq üçün həbsxana girişini yandırıblar.
Yaxınlıqdakı Əş-Şəddadi şəhərindən gələn Kürd Demokratik Suriya Qüvvələrinin xüsusi təyinatlıları cəzaçəkmə müəssisəsinin ərazisini mühasirəyə alaraq, təxminən 70 nəfər məhbusun qaçışının qarşısını alıb.
Telekanalın məlumatına görə, sözügedən həbsxanada 5000-dən çox terrorçu saxlanılır. Onların əksəriyyəti keçmiş muzdlulardı. /Eastnews/