QR CodeQR Code

KİV: Suriyada həbsdə olan İŞİD üzvləri həbsxanada qiyam qaldırıb

31 Jan 2021 13:30

İslamTimes: İŞİD terror qruplaşmasının həbsdə olan üzvləri Suriyanın Haseke vilayətinin cənubunda Kürd silahlı birləşmələrinin nəzarətində olan “Əl-Bulqari” həbsxanasında qiyam qaldırıblar.


Bu barədə Beyrutdan yayımlanan “Al Mayadeen” telekanalı məlumat yayıb.

Bildirilib ki, qaçmağı planlaşdıran məhbuslar mühafizəçilərin diqqətini yayındırmaq üçün həbsxana girişini yandırıblar.

Yaxınlıqdakı Əş-Şəddadi şəhərindən gələn Kürd Demokratik Suriya Qüvvələrinin xüsusi təyinatlıları cəzaçəkmə müəssisəsinin ərazisini mühasirəyə alaraq, təxminən 70 nəfər məhbusun qaçışının qarşısını alıb.

Telekanalın məlumatına görə, sözügedən həbsxanada 5000-dən çox terrorçu saxlanılır. Onların əksəriyyəti keçmiş muzdlulardı. /Eastnews/


Story Code: 913451

News Link :
https://www.islamtimes.org/az/news/913451/kiv-suriyada-həbsdə-olan-işid-üzvləri-həbsxanada-qiyam-qaldırıb

Islam Times
  https://www.islamtimes.org