QR CodeQR Code

Navalnının fondu Baydenə çağırış etdi: Sanksiya...

31 Jan 2021 14:02

İslamTimes: Aleksey Navalnının rəhbərlik etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondu ABŞ Prezidenti Co Baydenə Rusiya Prezidenti Vladimir Putin və 35 yüksək çinli məmura qarşı sanksiya tətbiq etməsilə bağlı çağırış edib.


Axar.az xəbər verir ki, bu barədə fondun icraçı direktoru Vladimir Aşurkov deyib.

“Məktub birbaşa ABŞ prezidentinə ünvanlanıb. ABŞ korrupsiya ilə bağlı olan şəxslərə çoxdan sanksiya tətbiq edir. Əgər kimsə bunu edəcəksə, bu, ABŞ-dır”, - Aşurkov bildirib.

Onun sözlərinə görə, Navalnının komandası həmin siyahını Avropa İttifaqı və Böyük Britaniyaya da göndərməyi planlaşdırır.


Story Code: 913452

News Link :
https://www.islamtimes.org/az/news/913452/navalnının-fondu-baydenə-çağırış-etdi-sanksiya

Islam Times
  https://www.islamtimes.org